IMG-LOGO

Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR

16.05.2024 18:35 44 baxış
IMG

Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd 2003-cü ildən bəri Avropada ilk hadisədir.

Lent.az bildirir ki, bu barədə “Bloomberg” xəbər verir. 

“Bu, 2003-cü ilin martında Serbiyanın baş naziri Zoran Cinciçin öldürülməsindən sonra Avropa dövlət və ya hökumət başçısına ilk sui-qəsd cəhdi idi”, - jurnalistlər vurğulayırlar.

Slovakiyanın baş naziri Fitsonun güllələnməsi hadisəsi mayın 15-də paytaxtdan 150 kilometr şimal-şərqdə yerləşən Handlova şəhərində baş verib.

Siyasətçi mədəsindən, qolundan və ayağından yaralanıb. 

Məlumata görə, hadisə hökumətin iclasından sonra baş verib. Hücum edən şəxs saxlanılıb. 

Xəbər lenti