IMG-LOGO

Xarkov məscidinin imamı da döyüşdə həlak oldu

16.05.2024 17:41 47 baxış
IMG

Ukraynın Xarkov şəhər məscidlərindən birinin imamı Artur Yakubov Ukrayna uğrunda gedən döyüşlərdə həlak olub. Bu barədə Krım Müsəlmanları Ruhani İdarəsinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, onunla vida mərasimi bu gün, mayın 16-da keçirilib.

“Qardaşımız və yoldaşımız, Krım Muxtar Respublikası Müsəlmanları Ruhani İdarəsinin imamı Artur Yakubov vətəni Xarkov vilayəti uğrunda gedən döyüşlərdə həlak olub. Arturun ailəsinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Qardaşımızdan geriyə qalan həyat yoldaşı və üç övladıdır”, - idarənin paylaşımında bildirilib.

Mərhumla bağlı şöbə müdiri Aydər Rüstəmov məlumat verib. Onun sözlərinə görə, üç uşaq atası olan 34 yaşlı Yakubov könüllü döyüşü: “Onun Xarkov yaxınlığındakı kəndlərdən birində yerləşən evi işğalçılar tərəfindən dağıdılıb. O, ailəsini xaricə aparsa da, özü döyüşmək üçün qayıdıb.

O, işğalı və Xarkov rayonunda ilk döyüşləri öz gözləri ilə görüb”.

Xəbər lenti