Slovakiyanın baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib, vəziyyəti stabildir.
Lent.az zəbər verir ki, bu barədə TAZ telekanalı məlumat yayıb.
"Fitso uğurla əməliyyat olunub, vəziyyəti stabildir və şüuru yerindədir", - deyə məlumatda bildirilir.
***
Saat 17:23
Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, siyasətçi ictimaiyyət qarşısında çıxış edib, sonra isə bir neçə dəfə atəş açılıb.
Fikonun vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. Onun xəstəxanaya aparıldığı məlum olub. Mətbuatın verdiyi məlumata görə, o, helikopterlə Bratislavadakı xəstəxanaya aparılır.
Atışmada şübhəli bilinən şəxsin saxlanıldığı bildirilir.
Fiko öz siyasətinə və bir sıra bəyanatlarına görə “Rusiyayönlü” siyasətçi hesab olunur. Beləliklə, o, Ukraynaya silah tədarükünün dayandırılmasına nail olacağını, həmçinin Rusiya Federasiyası ilə əməkdaşlıq qurmaq niyyətində olduğunu iddia edib.