Rusiya Federasiyasının Voronej vilayətində yük maşını Rusiya Milli Qvardiyasının karvanına çırpılıb, nəticədə bir nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. Hadisə dekabrın 2-də M-4 Don avtomobil yolunun 596-cı km-də baş verib.
“Milli Qvardiyanın maşınlarından daha 7 nəfər yaralanıb. Lakin xəsarətlər yüngül olduğundan xəstəxanaya yerləşdirmə tələb olunmayıb”, - mənbə bildirib.
Hüquq-mühafizə orqanları baş verənləri araşdırır.