IMG-LOGO

Yaşayış binası vuruldu-Dağıntılar altından 11 nəfərin meyiti çıxarıldı-YENİLƏNİB-3

12.05.2024 23:49 52 baxış
IMG

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından indiyə qədər 11 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***  

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından indiyə qədər 6 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

saat 19.31

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 5 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

saat 18.48

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 2 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Vyaçeslav Qladkov dağıntılar altında hələ də qalanların olduğunun ehtimal edildiyini bildirib.

***

saat 13.09

Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişi tamamilə çöküb.

İlkin məlumata görə, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu istisna edilmir.

“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.

 

Xəbər lenti