Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından indiyə qədər 6 nəfərin meyiti çıxarılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
saat 19.31
Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 5 nəfərin meyiti çıxarılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
saat 18.48
Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 2 nəfərin meyiti çıxarılıb.
Lent.az-ın xəbərinə görə, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Vyaçeslav Qladkov dağıntılar altında hələ də qalanların olduğunun ehtimal edildiyini bildirib.
***
saat 13.09
Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.
Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişi tamamilə çöküb.
İlkin məlumata görə, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.
Dağıntılar altında qalanların olduğu istisna edilmir.
“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.