IMG-LOGO

Yaşayış binası vuruldu-Dağıntılar altında onlarla insan var-YENİLƏNİB

12.05.2024 18:48 88 baxış
IMG

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 2 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Vyaçeslav Qladkov dağıntılar altında hələ də qalanların olduğunun ehtimal edildiyini bildirib.

***

saat 13.09

Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişi tamamilə çöküb.

İlkin məlumata görə, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu istisna edilmir.

“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.

 

Xəbər lenti