Leysan yağışlar İndoneziyanın Qərbi Sumatra əyalətində su basması və torpaq sürüşməsinə yol açıb.
Lent.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, su basması və torpaq sürüşməsi nəticəsində azı 28 nəfər ölüb, 4 nəfər itkin düşüb.
İndoneziya Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentlik təbii fəlakət nəticəsində 84 yaşayış evi və 16 körpüyə zərər dəydiyini açıqlayıb.