Əfqanıstanın şimal-şərqindəki Bəğlan əyalətində daşqınlar nəticəsində azı 311 nəfər həlak olub.
Lent.az AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bildirib.
Xatırladaq ki, daha əvvəl təbii fəlakət sonucunda ölənlərin sayı 300-ü keçdiyi deyilsə də, dəqiq rəqəm açıqlanmamışdı.
Ölkənin şimal-şərqində axtarış-xilasetmə işləri davam edir.
Mayın 10-da Əfqanıstanda güclü yağışlar nəticəsində daşqınlar baş verib.