ABŞ Prezidenti Co Bayden hazırkı prezidentlik yarışı çərçivəsində sabiq ölkə lideri Donald Trampla debat etməyə hazır olduğunu təsdiqləyib.
Lent.az xəbər verir ki, bu barədə C.Bayden D.Trampla debat etmək niyyətində olub-olmadığı sualına cavabında deyib.
"Bunu təşkil edin", - deyə ABŞ Prezidenti bildirib.
Bundan əvvəl də Amerika prezidenti D.Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək.