IMG-LOGO

Zelenski onu işdən çıxardı

10.05.2024 04:45 67 baxış
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət Mühafizə İdarəsinin rəhbəri Sergey Rudu tutduğu vəzifədən azad edib.

Lent.az xəbər veirir ki, bu barədə Zelenski fərmanı imzalayıb.

General-mayor Rud 2019-cu ildən bu idarəyə rəhbərlik edir. Onun işdən çıxarılmasının rəsmi səbəbləri açıqlanmır.

Xatırladaq ki, mayın 6-da Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dövlət Mühafizə İdarəsindəki polkovniki Andrey Quku saxlayıb.

O, ölkənin bir neçə yüksək səviyyəli rəhbərliyinə, o cümlədən Zelenski haqqında məlumatların toplanması və xarici kəşfiyyat xidmətlərinə ötürülməsi ilə məşğul olub. 

Xəbər lenti