Ermənistanda vətəndaşların silahdan istifadə etməklə özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində tənzimləmək lazımdır.
Lent.az Ermənistan KİV-nə istinadən bildirir ki, bunu qanunvericilik təşəbbüsünün müəllifi, hakim partiyanın deputatı Vilen Qabrielyan paqrlamentdə Müdafiə və təhlükəsizlik daimi komissiyasının iclasında “Müdafiə və təhlükəsizlik məsələləri üzrə qanun layihələri zərfinin tənzimləməsi haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, təqdim olunan paket əsas qoruyucu funksiyası ilə yanaşı, atıcılıq idmanının inkişaf etdirilməsi məqsədini də güdür. Bu sahədə mümkün korrupsiya təzahürlərinin aradan qaldırılmasına, qanunsuz silahların sayının azaldılmasına və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasına yönəlib. “Xüsusən də ölkə vətəndaşları bir sıra tələblərə, o cümlədən əqli stabillik, müvafiq lisenziyanın olması və s. yerinə yetirildikdə odlu silah gəzdirmək hüququ əldə edəcəklər”, - deputat izah edib.
Bir sıra müzakirələrdən sonra qanunvericilik təşəbbüsü daimi parlament komissiyasından müsbət rəy alıb.