ABŞ Müdafiə Nazirliyi ən böyük podratçılarından biri olan “Lockheed Martin” ilə “HIMARS” reaktiv yaylım atəş sistemlərinin istehsalı və əlaqədar xidmətlər üçün təxminən 861,3 milyon dollar dəyərində müqavilə imzalayıb.
Lent.az xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında yer alıb.
Qeyd olunur ki, müqavilənin təxmini icra müddəti 2026-cı il mayın 31-nə qədərdir.