IMG-LOGO

Parazit prezidentliyə namizədin beyninin bir hissəsini yeyib

08.05.2024 19:52 69 baxış
IMG

ABŞ-da prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətini açıqlayan amerikalı siyasətçi kiçik Robert Kennedinin beyninin bir hissəsini yeyən parazitin beynində ölü tapıldığı iddia edilir.

Lent.az bildirir ki, bu barədə “New York Times” xəbər verir.

Media kiçik Kennedinin özünün şərhlərinə istinad edir ki, həkimlər onun beyin skanerlərindəki anomaliyaya beyninə daxil olan, onun bir hissəsini yeyən və sonra ölən qurdun səbəb ola biləcəyini ehtimal edirlər.

Əvvəlcə siyasətçi yaddaş problemi və şüurun bulanıqlığı səbəbindən həkimlərə müraciət edib. Diaqnoz zamanı ilkin olaraq şişə aid edilən tünd ləkələr aşkar edilib.

Kiçik Kennedinin təsvirlərinə əsaslanaraq, neyrocərrahlar onun beynində donuz əti lent qurd sürfəsinin yaşadığını fərz ediblər. Bəzi həkimlər parazitin əslində beyninin bir hissəsini yeyə biləcəyinə şübhə ediblər.

Bundan əlavə, kiçik Kennedinin digər ciddi xəstəlikləri var. O, həmçinin atrial fibrilasiya epizodlarına görə dəfələrlə xəstəxanaya yerləşdirilib. Həkimlər deyirlər ki, həm parazitar infeksiyalar, həm də civə zəhərlənməsi beyinə zərər verə bilər, lakin bəzi hallarda xəstələr tam sağalırlar.

Xəbər lenti