IMG-LOGO

Zaqatalada "Niva" teplovozla toqquşdu: sürücü öldü - FOTOLENT - YENİLƏNİB

31 Aug 2026 14:58 2 baxış
IMG
8 0

Zaqatalada baş verən qəzada yaralanan sürücü ölüb. 

Lent.az xəbər verir ki, bu gün teplavozla "Niva"nın toqquşması nəticəsində yaralanan minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Balayev Ruslan Məhdiməmməd oğlu xəstəxanada dünyasını dəyişib. 

Araşdırma aparılır. 

***

saat 12:57

Zaqatalada dəmir yolunda qəza olub.

Lent.az xəbər verir ki, hadisə Yevlax-Balakən dəmiryolu xəttinin Zaqatalanın Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dəmir yolu keçidindən keçən "Niva" markalı avtomobili teplovozla toqquşub. Nəticədə "Niva"da olan bir nəfər xəsarət alaraq Zaqatala xəstəxanasına yerləşdirilib.

Araşdırma aparılır.

Hadisələr Zaqatala zaqatala news

Mənbə: lent.az

Xəbər lenti