Rusiyaya gələn amerikalı turist Uilyam Rassel Nikum Moskvada xuliqanlıq etdiyinə görə 10 sutka həbs edilib.
Lent.az xəbər verir ki, bu barəd “İzvestiya” məlumat yayıb.
ABŞ-dan olan turist Moskvada uşaq kitabxanasına pəncərəni sındıraraq daxil olub.
Bildirilib ki, Nikum Rusiyaya gələrək dostları ilə yaşayıb. Mayın 2-də o, bara getdikdən sonra yoxa çıxıb.
“Sərxoş olub və barda bəzi dostları ilə dava edib. O, qaçırıldığını, ancaq taksi ilə getdiyini söyləyib. Sonra uşaq kitabxanasının pəncərəsini sındıraraq içəri girib və yuxuya gedib”, nəşrin mənbəsi qeyd edib.