IMG-LOGO

Bayden prezidentliyə namizədliyini geri götürə bilər: Onun xeyrinə

06.05.2024 19:14 48 baxış
IMG

Belə gözlənilməz dönüşün mümkünlüyü kifayət qədər ciddi müzakirə olunur.

Co Bayden bu yay ABŞ-da keçiriləcək prezident seçkilərində ölkənin keçmiş birinci xanımı Mişel Obamanın xeyrinə namizədliyini geri götürə bilər. 

Lent.az-ın xəbərinə görə, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır.

Təfərrüatlar

Qeyd olunur ki, belə gözlənilməz dönüşün mümkünlüyü kifayət qədər ciddi müzakirə olunur. Demokratlar Partiyası hətta əhalinin sosioloji sorğularına müvafiq sual da daxil edib. Bundan əlavə, bukmeker kontorları Mişel Obamanı noyabrda keçiriləcək prezident seçkilərində ən perspektivli potensial namizədlərdən biri kimi görməkdə davam edir.

Məlumata görə, qadın prezident ideyası bir çox amerikalıları ruhlandırır.

Nəşr hadisələrin bu mümkün dönüşünün səbəblərini də açıqlayıb. Səbəblərdən biri yaşdır: amerikalıların üçdə ikisi Baydenin ölkəyə daha bir müddət rəhbərlik etmək üçün çox qoca olduğunu düşünür.

Xarici jurnalistlərin məlumatına görə, Mişel Obama artıq ictimai dinləmələr keçirilən potensial namizədlər siyahısına daxil edilib.

Xəbər lenti