Mütəxəssislər arıqlamağa kömək edən tərəvəzi açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu məhsul gündəlik yeməklərin əksəriyyətinə əlavə edilə bilər.
Belə ki, arıqlamaq istəyirsinizsə, kartofu düzgün şəkildə bişirmək lazımdır. Qızardılmış kartofun bir porsiyasında təxminən 380 qram yağ var, adi kartofda isə demək olar ki, heç bir yağ yoxdur. Odur ki, kartofdan maksimum fayda əldə etmək üçün qızardılmış və zərərli yağlardan uzaq durmağa çalışın.
Kartofu təmizlənmiş taxıllarla əvəz edin. Araşdırma nəticəsində məlum olub ki, düyü və ya makaron kimi zərif taxıllar yerinə kartof yeyənlər daha tez arıqlayır. Kartofun sağlamlıq üçün faydalarına baxmayaraq, həddindən artıq yemək sağlamlıq üçün çox fayda gətirməyəcək.