IMG-LOGO

Tbilisidə Orta Dəhliz və regional təhlükəsizlik müzakirə edilib

05 Aug 2026 18:45 4 baxış
IMG

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Mərkəzi Asiya və Şərq Qonşuluğu üzrə direktor müavini Mark Kleytonla görüş keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Görüşdə Gürcüstan və Böyük Britaniya arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və tərəfdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

N. Samxaradze ölkənin suverenliyi və ərazi bütövlüyünə beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Söhbət zamanı Ukraynada davam edən müharibə, Cənubi Qafqazdakı mövcud vəziyyət və bölgədə baş verən geosiyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Orta Dəhliz layihəsi də müzakirə olunub və onun Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafı baxımından strateji əhəmiyyəti qeyd edilib.

Görüşə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord da qatılıb.

Mənbə: report.az

Xəbər lenti