ABŞ Nil Hopu Yəməndə müvəqqəti işlər vəkili təyin edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Yəməndəki səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hop ABŞ-nin Yəməndəki baş diplomatı kimi Yəmən hökuməti ilə sıx əməkdaşlıq şəraitində Prezident Donald Trampın prioritetlərini və dövlət katibi Marko Rubionun diplomatik təşəbbüslərini təşviq edəcək", - məlumatda qeyd olunub.
O, həmçinin Qırmızı dənizdə gəmiçilik azadlığının təmin edilməsi, regiondan terrorizm mənbəyi kimi istifadənin qarşısının alınması və ABŞ tərəfdaşlarının təhlükəsizliyinin gücləndirilməsi daxil olmaqla, Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyasının əsas istiqamətlərinin həyata keçirilməsi üzrə ABŞ missiyasının qurumlararası komandasına rəhbərlik edəcək.
Mənbə: report.az