IMG-LOGO

Ermənistan konstitusiyasının TRIPP sazişinə uyğunluğu nəzərdən keçiriləcək

05 Aug 2026 20:32 2 baxış
IMG

Ermənistanın Konstitusiya Məhkəməsi sentyabrın 15-dən Ermənistan və ABŞ arasında "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişində təsbit edilmiş öhdəliklərin Konstitusiyaya uyğunluğu məsələsini nəzərdən keçirməyə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

"Sazişdə nəzərdə tutulan öhdəliklərin konstitusiyaya uyğunluğu ilə bağlı iş icraata qəbul edilib", - nəşr qeyd edir.

Qeyd edək ki, bu il iyunun 4-də Ermənistan və ABŞ TRIPP layihəsi çərçivəsində strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıb.

Mənbə: report.az

Xəbər lenti