IMG-LOGO

İshaq Dar ilə Hakan Fidan beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar

05 Aug 2026 18:21 4 baxış
IMG

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Əmmanda (İordaniya) Qüds üzrə Nazirlər Toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb", - paylaşımda bildirilib.

Nazirlərin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardığı vurğulanıb.

Qeyd edək ki, Qüds məsələsi dedikdə əsasən bu şəhərin hüquqi statusu və müqəddəs məkanlarının idarə olunması ilə bağlı İsrail–Fələstin münaqişəsi nəzərdə tutulur.

Mənbə: report.az

Xəbər lenti