IMG-LOGO

"Dinamo"nun futbolçusu Aleksey Siç: "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərməyə hazırıq"

05 Aug 2026 20:28 2 baxış
IMG

"Dinamo" (Kiyev, Ukrayna) "Qarabağ"a qarşı ən yaxşı oyununu göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Ukrayna təmsilçisinin yeni transferi Aleksey Siç sözügedən matçdan əvvəl baş tutan mətbuat konfransında deyib.

Müdafiəçi komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ağdam təmsilçisinə qarşı görüşdə uğurlu nəticə qazanacağını söyləyib:

"Əlbəttə, PAOK-a məğlubiyyət üzücü oldu. Amma qarşımıza qoyduğumuz məqsədə doğru irəliləməyə davam edirik. Komandada əhval-ruhiyyə yaxşıdır, döyüşkəndir. "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərməyə hazırıq. Komandaya uyğunlaşmışam. Heyətdə yer alan futbolçuların bir çoxunu Ukrayna millisindən tanıyırdım. "Qarabağ"la matçda özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti