İran və Oman Hörmüz boğazındakı gəmiçilik marşrutunun coğrafi xüsusiyyətlərinə dair razılığa gəlib.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Tehran və Maskat əldə olunmuş razılaşmaya dair birgə bəyanatın hazırlanmasının yekun mərhələsindədir.
O qeyd edib ki, razılaşma o şərtlə elan ediləcək ki, "müəyyən üçüncü tərəflər prosesə müdaxilə etməsin".
Daha əvvəl bildirilib ki, İran və Oman birgə Hörmüz boğazından keçən və hər iki tərəfin maraqlarına cavab verən yeni mərkəzi marşrut hazırlayır.
Mənbə: report.az