IMG-LOGO

Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək

03.05.2024 05:40 70 baxış
IMG

Yaponiya və ABŞ hipersəs hədəflərini ələ keçirmək üçün nəzərdə tutulan yeni raketin hazırlanmasına birgə təxminən 3 milyard dollar xərcləməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Yaponiya tərəfi bu məqsədlər üçün 1 milyard dollara yaxın vəsait ayıracaq.

Tərəflər bu silahın 2030-cu ilin ikinci yarısına qədər yekunlaşdırmağı planlaşdırır.

Xəbər lenti