Çinin Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində həlak olanların sayı artıb.
Lent.az “CCTV News” telekanalına istinadən xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb.
Daha 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, ciddi həyati təhlükələri yoxdur.