IMG-LOGO

Ana yeni doğduğu körpəsini basdırdı, saatlar keçsə də, ölmədi

02.05.2024 13:26 51 baxış
IMG

Uqandada eşidənləri şoka salan hadisə yaşanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 23 yaşlı qadın gecə yarısı uşağını öz bağında basdırıb və körpə səhər saat 11-ə qədər torpağın altında qalıb. Qadın həkim müdaxiləsi olmadan doğuş edib. Ailə üzvləri həyətdə qan izləri aşkar etdikdən sonra balaca qızcığaz da tapılıb.

Təcili yardım həkimləri körpəni xilas etmək üçün bağçaya gəliblər. Uşaq bütün gecəni yerin altında qaldığı üçün kəsiklər və əziklər içində çıxarılıb.

Hadisə yerinə gələn həkimlər uşağı yerdən çıxarıb və göbək bağının qalıqlarını qıraraq plasentadan ayırıblar. Tezliklə körpə zərif səslə ağlayıb və xəstəxanaya aparılıb. Xəstəxanada o, yaralarının daha da təmizlənməsi və sterilizasiyasından keçib, sonra inkubatora yerləşdirilib.

Analizlər göstərib ki, möcüzəvi şəkildə körpənin ürəyinə, mədəsinə və digər orqanlarına heç bir ziyan dəyməyib. O, 6 gündən sonra evə buraxılıb.

Hazırda yeni doğulmuş uşaq nənəsi ilə yaşayır.

Xəbər lenti