IMG-LOGO

Magistral YOL ÇÖKDÜ: 36 ölü var - YENİLƏNİB

02.05.2024 07:45 48 baxış
IMG

Çinin cənubundakı Quandun əyalətindəki magistralın bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisədə ölənlərin sayı 36 nəfər olub.

Dağıntılar altından 23 avtomobil çıxarılıb.

Nəşrin məlumatına görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur.

***

01.05.2024

Saat 08:22

Çinin Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çöküb, 18 avtomobil dağıntılar altında qalıb.

Lent.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Meyçjou şəhərində baş verib.

Bildirilib ki, sağıntılar altından 31 nəfər xilas edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti