Çinin Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çöküb, 18 avtomobil dağıntılar altında qalıb.
Lent.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Meyçjou şəhərində baş verib.
Bildirilib ki, sağıntılar altından 31 nəfər xilas edilib. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.