IMG-LOGO

Çilidə güclü zəlzələ baş verdi

01.05.2024 06:37 53 baxış
IMG

Çilinin şimalındakı Antofaqasta əyalətində 5 maqnitualı zəlzələ olub.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Xidmətin verilənlərinə görə, yeraltı təkanların ocağı 101 km dərinlikdə yerləşib. Yerli vaxtla saat 21:24-də (Bakı vaxtı ilə 05:24) qeydə alınmış zəlzələnin episentri sözügedən əyalətin Olyaqüe qəsəbəsindən 82 km aralıda yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xəbər lenti