Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 136-ya çatıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Afrika News” məlumat yayıb. Milli Fövqəladə Hallar və Fəlakətlərə Cavab Komandanlıq Mərkəzinin məlumatına görə, təbii fəlakətə görə köçkünlərin sayı 462 160 nəfər təşkil edib.
Ölkənin şimal-şərq bölgəsində baş verən daşqınlar əsas yolları bağlayıb, şəhər və kəndlər su altında qalıb.