IMG-LOGO

Mbappenin transferini rədd etdi

02 Dec 2023 15:58 96 baxış
IMG

Jurnalist Florian Plettenberqin sözlərinə görə, “Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün rəqabətdən imtina edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hazırda 24 yaşlı fransız “Liverpul” üçün prioritetlər siyahısında o qədər də yüksək deyil. “Real Madrid” gələn il və ya daha sonra Mbappeni almaq üçün əsas namizəd olaraq qalır.

2024-cü ilin yayına qədər qüvvədə olan müqavilənin şərtlərinə görə, Mbappe PSJ-nin oyunçusu kimi davam edəcək. Bu mövsüm o, parislilərin heyətində müxtəlif turnirlərdə 17 matçda iştirak edib. 17 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər lenti