Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Yekaterinburqda yerləşən "Wildberries" anbarında yanğın başlayıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə RWB-nin mətbuat xidməti məlumat yayıb.
Şirkətdən bildiriblər ki, obyektin əməkdaşları təxliyə ediliblər. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. "Cari tədarüklərin qəbulu müvəqqəti olaraq məhdudlaşdırılaraq digər obyektlərə istiqamətləndirilib", - məlumatda qeyd olunub.
Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler pilotsuz uçuş aparatı təhlükəsi barədə məlumat verərək təhlükəsizlik məqsədilə mobil rabitəyə məhdudiyyətlərin tətbiq edilə biləcəyini qeyd edib.
Rusiya Prezidentinin Ural Federal Dairəsindəki nümayəndəsi Artyom Joqa bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin PUA hücumu nəticəsində yanğının baş verdiyi Yekaterinburqdakı "Wildberries" obyektindən 800 nəfər təxliyə edilib. Zərərçəkən yoxdur.
Mənbə: report.az