IMG-LOGO

İmtahana girməmək üçün sirkə içdi

02 Dec 2023 13:19 283 baxış
IMG

Moskvada 7-ci sinif şagirdi sirkə içərək xəstəxanaya yerləşdirilib.

Lent.az Rusiya mediasında istinadla bildirir ki, səhər ana qızını məktəbə göndərirmiş. Amma qız həmin gün keçiriləcək imtahandan qorxub. O, mətbəxdən bir şüşə sirkə götürərək qapının evin girişin bir qurtum içib.

Məktəbli qız özünü bu qədər pis hiss edəcəyini gözləməyib. Evə qayıdaraq hər şeyi anasına danışıb və təcili yardım çağırıb.

Qız xəstəxanaya yerləşdirilib, anası isə valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə cərimələnib.

Mənbə: lent.az

Xəbər lenti