IMG-LOGO

90 yaşlı qadın morqda DİRİLDİ

02.12.2023 10:28 76 baxış
IMG

90 yaşlı qadın meyitxanada mühafizəçi tərəfindən sağ tapılıb. Bədbəxt qadın cəsəd torbasında boğulurmuş.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Braziliyada baş verib. Bu barədə “The Sun” yazır. Mərhumun içində olması lazım olan çantanın tərpənməyə başladığını görən tibb işçisi əvvəlcə bir az qorxub.

Xoşbəxtlikdən kişi tez bir zamanda özünü toparlaya bilib və təqaüdçünün çantadan çıxmasına kömək edib. Bundan sonra xəstə reanimasiyaya aparılıb. Nəşrin qeyd etdiyi kimi, həkimlər onu xilas edə bilməyiblər. “Dirilmə”dən cəmi iki gün sonra o, ölüb. Ölümün ikinci səbəbi septik şok olub.

Qadının yaxınları xəstəxananı məhkəməyə vermək niyyətindədir. Onlar hesab edirlər ki, həkimlər öz vəzifələrini yerinə yetirməyiblər.

Xəbər lenti