IMG-LOGO

Məşhur reper döyüldü

02 Dec 2023 03:20 90 baxış
IMG

Məşhur rusiyalı reper Quf (Aleksey Dolmatov) Taylandda döyülüb.

Lent.az rus mətbuatına istinadən xəbər verir ki, ifaçının iddiasına görə, onu keçmiş həyat yoldaşı Yuliya Korolevanın sevgilisi və onun güləşçilərdən ibarət şirkəti döyüb.

Qarşıdurmada Qufla birlikdə dostları da iştirak edib. Reper dodaq və dirsək nahiyəsində yaralandığını bildirib. 

Bundan əlavə, Quf keçmiş arvadının ona xəyanət etdiyini deyib.

Mənbə: lent.az

Xəbər lenti