IMG-LOGO

Atəşkəsdən sonra 200-ə yaxın insan öldü

02.12.2023 01:45 57 baxış
IMG

Atəşkəsdən sonra İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində 200-ə yaxın sakin həlak olub.

Lent.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Cümə günü səhər saatlarından indiyədək İsrailin Qəzzaya təcavüzü nəticəsində 178 nəfər həlak olub”, Səhiyyə Nazirliyinin “Facebook” səhifəsində qeyd olunub.

Nazirlik 589 nəfərin xəsarət aldığını qeyd edib.

Qurbanların əksəriyyəti qadınlar və yeniyetmələrdir.

Dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri radikal Fələstinin HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında hərbi əməliyyatları bərpa etdiyini bəyan edib.

Xəbər lenti