Türkiyənin ağrı vilayətində məktəbli avtobsunun qəzaya uğraması nəticəsində 21 şagird xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Ağrı Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Ağrı valisi Mustafa Koç xəstəxanaya gələrək yaralı şagirdlərin vəziyyəti ilə bağlı məlumat alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.