IMG-LOGO

Fahişəxana təşkil edən keçmiş icra başçısı saxlanıldı

01.12.2023 15:00 59 baxış
IMG

Qırğızıstanın şəhərlərindən birinin keçmiş icra başçısı seksual xidmət göstərilən əxlaqsızlıq yuvasının təşkilində iştirakda şübhəli bilinir.

Lent.az xarici mediaya istinadla bildirir ki, eks-məmur fahişəxananın təşkili və yerləşdirilməsi üçün binanı təmin edib. Özü də dəfələrlə bu müəssisədə sosial məsuliyyəti aşağı olan qızların xidmətindən istifadə edib.

Həmin şəxs saxlanılaraq istintaq təcridxanasına aparılıb. Artıq ona qarşı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 159-cu maddəsi (fahişəliyə cəlb etmə) ilə cinayət işi açılıb.

Xəbər lenti