IMG-LOGO

Azərbaycanda 1 yaşlı uşaq qızılcadan öldü - YENİLƏNİB

01.12.2023 11:47 101 baxış
IMG

TƏBİB Sabirabadda 1 yaşlı uşağın ölümünə münasibət bildirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, 1 yaşlı uşaq ötən gün saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.

Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-i saat 00:15 radələrində vəfat edib.

Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub.

Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.

***

saat 09:47

Sabirabadda 1 yaşlı uşaq ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir.

Araşdırma aparılır.

Xəbər lenti