IMG-LOGO

Doroti Bazive: Uqandada qadınların mənzil təminatına çıxışı ciddi şəkildə məhdudlaşdırılıb

22 May 2026 11:01 5 baxış
IMG

Uqandada qadınların mənzil təminatına əlçatımlılığı yoxdur.

"Report" xəbər verir ki, bunu "Shelter and Settlement Alternatives Uganda" təşkilatının icraçı direktoru Doroti Bazive Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Uqandada qadınlar torpaq hüquqlarından tamamilə məhrumdur:

"Uqandada 64 % torpaqlar istifadəyə tamamilə yararlıdır. Amma əgər qadının yoldaşı vəfat edibsə, qadın torpaqdan istifadə hüququndan məhrumdur. Ümumiyyətlə isə qadınların ya belə bir hüququ yoxdur, ya da onların sənəddə adları yazılmır. Bu problemin həlli kimi dünyada qadınların maliyyə çıxışını artırmaq olar. O zaman qadınların təhlükəsiz yaşam sürməsini də təmin etmək mümkün olacaq. Həmçinin bu qadınların şəhərsalma məsələlərində aktiv iştirakına da təşviq edəcək".

Mənbə: report.az

Xəbər lenti