IMG-LOGO

"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır

03 Nov 2026 09:25 3 baxış
IMG

Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında bu gün mübarizəyə start verir.

"Report"un məlumatına görə, Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələcək.

II təsnifat mərhələsinin oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da start götürəcək.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də olacaq.

Mənbə: report.az

Xəbər lenti