IMG-LOGO

Qazaxıstan Atırau-Samara kəməri ilə neft nəqlini bərpa edib

03 Nov 2026 10:29 3 baxış
IMG

Qazaxıstan "Atırau-Samara" magistral kəməri ilə neft nəqlini bərpa edib.

"Report" Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin energetika nazirinin müşaviri Asel Serikpayeva bildirib.

Onun sözlərinə görə, neft nəqli prosesi texniki baxışdan sonra bərpa edilib və noyabrın 3-nə olan vəziyyətə görə ştat rejimdə həyata keçirilir.

Xatırladaq ki, noyabrın 2-si səhər saatlarında Rusiyadakı Samara qovşağının obyektlərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən neftin qəbulu müvəqqəti dayandırılmışdı.

Mənbə: report.az

Xəbər lenti