Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.
Lent.az "Ölkə.az"a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
***
2 noyabr, saat 10:50
Oğuzda meşədə meyit tapılıb.
Lent.az xəbər verir ki, Oğuz şəhər sakini, 1965-ci il təvəllüdlü Aqil Ədil oğlu Rəsulovun yanmış meyiti meşəlik ərazidə aşkar edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Hadisələr
Mənbə: lent.az