IMG-LOGO

İzmirdə 50 qanunsuz miqrant saxlanılıb

22 May 2026 05:48 3 baxış
IMG

Egey dənizinin Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu sahillərində biri uşaq olmaqla, 26 qanunsuz miqrant saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bununla yanaşı, Foça rayonu sahillərində batmaqda olan 24 qanunsuz miqrant xilas edilib.

Həmin miqrantlar Miqrasiya İdarəsinə göndəriliblər.

Mənbə: report.az

Xəbər lenti