IMG-LOGO

Bəşir Hacıyev: Kəlbəcərin beş kəndinin layihələndirməsi başa çatıb

21 May 2026 17:50 2 baxış
IMG

Kəlbəcərin Otlu, Zar, Qamışlı, Zallar və Yanşaq kəndlərinin layihələndirmə işləri tamamlanaraq ekspertiza mərhələsinə təqdim olunub.

"Report" xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın və Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol"adlı sessiyada deyib.

O bildirib ki, Çaykənd, Çəpli və Dəlləkli kəndləri üzrə layihələndirmə işləri isə davam edir:

"Kəlbəcər şəhərində 2,42 hektar və 10,1 hektar ərazini əhatə edən inzibati binaların layihələndirmə işləri davam etdirilir.

Eyni zamanda İşğal və Zəfər Muzeyləri Kompleksinin həyata keçirilməsi də planlaşdırılır".

Mənbə: report.az

Xəbər lenti