IMG-LOGO

Yussef Hosni: Mərakeş 2030-cu ilədək gecəqonduları ləğv etmək niyyətindədir

21 May 2026 16:49 3 baxış
IMG

Mərakeş 2030-cu ilədək ölkədəki gecəqonduları tamamilə ləğv etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Mərakeşin Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin baş katibi Yussef Hosni Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, son 25 ildə ölkə mənzil qıtlığını 75 %, gecəqonduların sayını isə 80 % azaltmağa nail olub.

Hosni qeyd edib ki, Mərakeş hakimiyyəti mənzil tikintisi üçün dövlət torpaqlarının istifadəsi, yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqi və özəl sektorun fəal cəlb edilməsi də daxil olmaqla, bir sıra islahatlar həyata keçirib.

Onun sözlərinə görə, dövlətin dəstəyi ilə özəl şirkətlər 720 mindən çox sosial mənzil inşa edib.

O həmçinin bildirib ki, ölkədə sement vergisi hesabına maliyyələşən Mənzil Sahəsində Həmrəylik Fondu yaradılıb. Fondun vəsaitləri gecəqonduların ləğvinə və şəhər rayonlarının modernləşdirilməsinə yönəldilir.

Bundan əlavə, Mərakeş dövlət zəmanətlərini və faizlərin azaldılması mexanizmlərini tətbiq edib.

Mənbə: report.az

Xəbər lenti