Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərargahına zərbə endirib, "Pantsir-S1"i məhv edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında bildirib.
Onun sözlərinə görə, əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin döyüşçüləri həyata keçirib. Nəticədə, yüzə yaxın Rusiya hərbçisi həlak olub və yaralanıb.
Mənbə: report.az