IMG-LOGO

Türkiyəli nümayəndə: Mənzil böhranının həlli üçün bələdiyyələrarası əməkdaşlıq mütləqdir

21 May 2026 14:45 2 baxış
IMG

Mənzil böhranının həlli üçün bələdiyyələrarası əməkdaşlıq mütləqdir.

"Report" xəbər verir ki, bunu Mərmərə Bələdiyyələr Birliyinin Şəhər Siyasəti Mərkəzinin direktoru İrəm Korkmaz Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil təminatı şəhərləri bir araya gətirəndə: praktikada yerli əməkdaşlıq" adlı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə əməkdaşlıq artıq seçim deyil, zərurətə çevrilib:

"Torpaq məhdud olduqda, resurslar azaldıqda və bələdiyyələr eyni vaxtda bir neçə böhranla üzləşdikdə heç bir şəhər problemlərin öhdəsindən təkbaşına gələ bilməz".

İ.Korkmaz həmçinin bildirib ki, əməkdaşlıq praktik mexanizmlərlə müşayiət olunmalıdır:

"Bələdiyyə strukturları yerli mənzil ehtiyaclarını maliyyələşdirilə və genişləndirilə bilən həllərə çevirməkdə mühüm rol oynaya bilər".

Türkiyəli nümayəndə vurğulayıb ki, mənzil siyasəti inteqrasiya olunmuş şəhərsalma ilə birlikdə nəzərdən keçirilməlidir:

"Mənzil məsələsinə yalnız yaşayış binalarının tikintisi kimi baxmaq olmaz. Bu məsələ ictimai nəqliyyat, infrastruktur, əsas xidmətlər, məşğulluq və ictimai məkanlarla əlaqəli şəkildə planlaşdırılmalıdır".

Mənbə: report.az

Xəbər lenti