IMG-LOGO

Yaşı 2,5 milyon il olan dəvə kəllə sümüyü tapıldı

01.12.2023 07:17 93 baxış
IMG

Rusiya və Tacikistan paleontoloqları Kuruksay bölgəsində yaşı 2,5 milyon il olan dəvə kəllə sümüyü aşkarlayıblar. Bu cür tapıntılar Tacikistanın iqlim şəraiti üçün nadir hesab olunur.

Lent.az xəbər verir ki, bu barədə məlumatı araşdırmada iştirak edən Ural Federal Universitetinin mətbuat xidməti yayıb.

“Çox şanslıyıq, çünki Asiyanın bütün ərazisində sümüklər zərif halda aşkarlanır, hətta yalnız 2 min yaşı olanların tərkibi təbaşir kimidir, kövrək olduqları üçün dərhal ovulub-tökülürlər. Məsələn, sümüyü əvvəlcədən emal etmədən ona təsadüfən toxunanda, o, kiçik hissələrə parçalanır. Buna görə dərhal kəllə sümüyünə yapışqan məhlulu çəkdik, sonra yapışqanın qurumasını gözlədik və təmizləməyə davam etdik, skalpel və kiçik fırçanın köməyi ilə ehtiyatla işlədik. Bu, dinozavr sümüklərinin qazılaraq çıxarıldığı əsl paleontologiya hadisəsinə bənzəyir. Kəllənin təmizlənməsi düz dörd gün davam edib”, – deyə universitetin Paleoekologiya və humanitar araşdırmalarda təbii elmi metodların tətbiqi laboratoriyasının baş elmi əməkdaşı Dmitri Qimranov bildirib.

Alimlərin fikrincə, kəllənin 2,5 milyon il yaşı var və o, erkən Pleystosen dövrünə aiddir. Bu kəllə sümüyü bənzərsiz tapıntıdır, çünki əsasən kəllələrin bəzi sümükləri və ya sümük hissələri tapılır, bu qəbuldən dəvə kəlləsi daha əvvəl aşkar olunmayıb. Qazıntı yerində kəllə tamamilə yapışdırılıb və lentlə sarılıb. Bu, aşkar edilən kəllə sümüyünün üç illik bərpa və tədqiqat üçün Ural bölgəsinə göndərilməsinə imkan verib. Daha sonra o, araşdırmaların davam etdirilməsi məqsədilə Tacikistana geri qaytarılacaq.

Pleystosen dövrü təxminən 2,6 milyon il əvvəl başlayıb və 11,7 min il əvvəl başa çatıb. Dəvələr də daxil olmaqla, qoşadırnaqlılar Şimali Amerikada yaranıblar və çoxalmağa başlayıblar. Avrasiya ərazisinə yalnız Miosen dövrünün sonunda, təxminən 6 milyon il əvvəl gəliblər. Bundan sonra dəvələr bütün Avrasiya boyunca yayılmağa və Afrikaya keçid etməyə başlayıblar.

Xəbər lenti